Gəncədə oğurluq edən 4 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:50 Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO  |     20:49 Şəmkirdə minik maşını dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB  |     20:42 ABŞ səfiri təxribatlara davam etsə, “persona non-grata” elan oluna bilər  |     20:36 Nazir: İqlim maliyyələşməsinin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır  |     20:28 Botoksun psixikaya faydası üzə çıxdı  |     20:13 Mayın 5-6-da maqnit qasırğası olacaq  |     20:05 Dördüncü kurs tələbəsi vəfat etdi  |     19:54 Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB  |     19:47 Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib  |     19:35 Günəş elektrik stansiyası üzrə hərrac komissiyasının ilk iclası keçirilib  |     19:29 Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb  |     19:07 Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib  |     18:56 Şəkidə 59 yaşlı kişi iki nəfəri güllələyib öldürdü  |     18:54 “Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər  |     18:45 Azərbaycanda iki nəfər güllələnərək öldürüldü  |     18:26 Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür  |     18:12 Xəzər rayonunda avtoqəza: Xəsarət alan var  |     17:54 Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - VİDEO  |     17:48 Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub  |     17:40 Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qalıb  |    

Gəncədə oğurluq edən 4 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Gəncə ŞBPİ və Nizami RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki mağazaların birindən 1270 manat pul, enerji içkiləri və tütün məmulatı oğurlayan Gəncə şəhər sakinləri F.Usubov və Ə.Ələsgərov saxlanılıblar.

Araşdırma zamanı Ə.Ələsgərovun, daha bir marketdən tütün məmulatı və şiriniyyat məhsulları oğurlaması məlum olub.

Bundan başqa, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində bir avtomobildən 350 manat, iki evdən məişət əşyaları oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.İbişov saxlanılıb.

Kəpəz RPİ-nin əməkdaşları tərəfindən ötən il oktyabrın 5-də rayon ərazisindəki evdən 1000 dollar və kompyuter oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş V.İsmixanov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 122 21.03.19 11:44