Median.Az xəbər verir ki, Nərimanov RPİ 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Quba rayon sakimi Sabir Orucov saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərindən 0,317 qram heroin götürülüb.
Araşdırma zamanı məlum olub ki, ötən gün saxlanılan şəxs Y.Çəmənzəminli küçəsində paytaxt sakini Viktoriya Kazakovaya zor tətbiq edərək, içərisində 15 manat pul olan çantasını əlindən alıb. Hadisə zamanı zərərçəkən qadın soyğunçuya müqavimət göstərməyə cəhd edib, lakin yıxılaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Bundan başqa, S.Orucov martın 16-da Ağa Neymətulla küçəsi, 54 ünvanının qarşısında paytaxt sakin Maya Hüseynovaya zor tətbiq edərək, içərisində 30 manat və sənədləri olan çantasını ələ keçirib.
Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 180.2.2-ci (soyğunçuluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.