Median.Az xəbər verir ki, Yasamal RPİ-nin 29-cu polis şöbəsinə müraciət edən Şamaxı rayon sakini V.Ağakişiyev, M.Həsənov küçəsində naməlum şəxsin onun “VAZ-2104” markalı avtomobilindən 100 manatını götürüb, qaçdığını bildirib.
Müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş E.Kazımov saxlanılıb.
Yasamal RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.