Qusar rayonunda qohumunu seksual xarakterli zorakılıq hərəkətləri etməyə məcbur edən şəxsə cinayət işi açılıb.
Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Qusar rayon sakini Vüqar Məmmədov yetkinlik yaşına çatmayan Sevinci (ad və soyad şərtidir - red.) seksual xarakterli hərəkətlərlərə məcbur edib.
Vüqar Məmmədov Sevincin gizli olan məlumatlarını əldə edib. O, sonra Sevinci özündən asılı vəziyyətə salıb. Sevincin asılı vəziyyətində qalmasından istifadə edən Vüqar onu seksual hərəkətlər edib.
Belə ki, Vüqar Məmmədovun onun əmlakını məhv etmək və ya götürməklə hədələyib.
Daha sonra o bu hədələrlə Sevinclə cinsi əlaqəyə girib, onu qarşı uşaqbazlıq və ya seksual xarakterli digər hərəkətlərə məcbur edib.
İstintaq orqanı tərəfindən Vüqar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 151-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə ittiham elan edilib.
Vüqar Məmmədovun barəsində toplanan cinayət işi baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Adil Vəliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası martın 29-na təyin edilib.