Azərbaycan sərhəddində 21 milyonluq cinayət – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Azərbaycan sərhəddində 21 milyonluq cinayət – FOTO

Gömrükçülərin həyata keçirdiyi daha bir uğurlu əməliyyat nəticəsində külli miqdarda, 306 kiloqram 710 qram narkotik vasitə-heroin aşkar edilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Biləsuvar gömrük postunda,

İran İslam Respublikasının "Nader Morvarıd Astara" şirkəti tərəfindən Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Gürcüstanın "Marıana Younes Saeı Dızajyekan" şirkətinə göndərilən "daş bloklar" yükü daşıyan "SCANIA" markalı "43A457-10/43A458-10",



"VOLVO" markalı 75A237-10/75A238-10, "VOLVO" markalı 26A951-10/26A952-10 dövlət qeydiyyat nişanlı yük avtomobilləri saxlanılaraq stasionar rentgen qurğusundan keçirilib.

Yoxlama zaman "SCANIA" markalı 43A457-10/43A458-10 və "VOLVO" markalı 26A951-10/26A952-10 dövlət qeydiyyat nişanlı yük avtomobillərinin qoşqularında olan "Daş bloklar" yükünün təsvirlərində şübhəli cizgilər müşahidə edilib.



İİR vətəndaşı Azızıkoshkı Majıd Hassanın idarə etdiyi "SCANIA" markalı yük avtomobilindəki paletlərdən birinə gömrük baxışı zamanı 28 ədəd daş blokların hər birinin daxilində 1 ədəd olmaqla şəffaf rəngli polietilen torbalarda qablaşdırılan, ümumi çəkisi 45 kq 446 qram narkotik vasitə-heroin aşkar edilib.



Bundan sonra həmin avtomobildəki digər daş bloklarda da narkotik vasitələrin olub-olmamasını təkrar yoxlamaq məqsədilə yük avtomobili idxal xəttinə yönləndirilib.

Yoxlama yerinə çatarkən sürücü Azızıkoshkı Majıd Hassan qəfildən idarə etdiyi nəqliyyat vasitəsinin surətini artıraraq İran istiqamətinə hərəkət etməyə başlayıb.



Gömrük əməkdaşları bunun qarşısını almağa səy göstərsələr də, sürücü yük avtomobili ilə İran istiqamətindəki çıxış xəttindəolan "şlaqbaumu" sındıraraq Azərbaycan Respublikasının ərazisini tərk edib.

Qanunsuz şəkildə, müvafiq sənədlər olmadan dövlət sərhəddini keçən sürücü İran İslam Respublikasının Biləsuvar gömrük postunun nəzarət zonasının girişində yük avtomobilini darvazanın kandarına çırparaq dayanıb və nəqliyyat vasitəsindən düşüb qaçaraq İran ərazisinə daxil olub.



Bundan sonra nəzarətdə olan İran islam Respublikasının digər vətəndaşı İmanı Rouhollah Alıakbarın idarə etdiyi "VOLVO" markalı 26A951-10/26A952-10 dövlət nömrə nişanlı yük avtomobilinin qoşqusunda olan 15 paletdəki 960 ədəd daş bloklar "HEİMANN" markalı rentgen qurğusundan keçirilərək yoxlanılıb.

Yoxlama zamanı 161 ədəd standart ölçülü, düzbucaqlı formalı daş blokların hər birinin içərisində 1 ədəd olmaqla şəffaf rəngli polietilen torbalarda qablaşdırılmaları ilə birlikdə, ümumi çəkisi 261 kq 264 qram təşkil edən narkotik vasitə -heroin aşkar edilib.

Beləliklə, iki yük avtomobilindən aşkar edilən narkotik vasitə-heroininümumi çəkisi 306 kq 710 qramdır. Qeyd edək ki, aşkar olunan 306 kq 710 qram heroinin "qara bazar"da dəyəri 21 milyon 500 min manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 825 18.03.19 18:43