Median.Az xəbər verir ki, Nəsimi RPİ-nin 20-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini Ə.Babayev “Mercedes” markalı avtomobilindən mobil telefonunun oğurlandığını bildirib.
Müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini , əvvəllər məhkum olunmuş T.Quliyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və metamfetamin, həmçinin onun Əhmədli qəsəbəsində yaşadığı evin yaxınlığında gizlətdiyi “TT” markalı tapança aşkar edilib.
Nəsimi RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.