Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında, Lənkəran rayonunun Veravul kəndində keçirdikləri əməliyyat tədbiri nəticəsində kənd sakini E.Əzimov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan marixuana və kibrit qutusunda qablaşdırdığı 24 ədəd çətənə toxumu, yaşadığı evdə isə 1,3 kq marixuana və 2 dibçəkdə çətənə şitilləri götürülüb.
Bundan başqa, Masallı RPŞ-nin əməkdaşları əvvəllər məhkum olunmuş V.Yusifovun şəhər ərazisindəki yaşadığı evdə axtarış apararkən, oradan 1,5 kq. tiryək, həmçinin heroin, metadon, metamfetamin və 1 ədəd süngü bıçaq aşkar ediblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.