Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Günel Hüseynovanın (1987-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, qətl ötən il iyunun 25-də Binəqədi rayonu, Ə. Naxçıvani küçəsində yerləşən “Qrand” oteldə baş verib.
Məlum olub ki, Günel Hüseynova yaxın münasibətdə olduğu Vüqar Atakişiyev ilə otelin 2-ci mərtəbəsində otağlardan birini kirayələyib. Gecə saatlarında mübahisə başlayıb, hamam otağında qadın bıçaqla oğlanın boğazına, ardınca isə bədən nahiyyəsinə zərbələr endirib. Atakişiyev kəskin qanitirmədən hadisə yerində keçinib.
Daxil olan məlumat əsasında hadisə yerinə Binəqədi RPİ və rayon prokurorluğunun əməkdaşları cəlb olunub, məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə və hadisə yerinə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Günel Hüseynova, həmçinin “Qrand” otelin rəhbərliyi saxlanılıblar.
Məhkəmənin hökmü ilə təqsirləndirilən qadın 15 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.