Bakıda oğurluğa görə 7 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:03 Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı  |     19:51 “Liverpul” mövsüm sonunda oyunçusu ilə yolları ayıracaq  |     19:42 Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO  |     19:30 Təhlükə mənbəyi olan “AMAY”la bağlı FHN-dən AÇIQLAMA  |     18:35 Ən xeyirxah BÜRCLƏR - Onlar hər zaman...  |     18:32 Bakıda beynəlxalq seysmoloji konfrans KEÇİRİLƏCƏK  |     18:15 Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO  |     18:10 Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ  |     18:05 Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər  |     17:22 Nazir Baş İdarənin rəisini işdən çıxartdı  |     17:17 Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO  |     17:10 Azərbaycanda vəkil komaya düşərək vəfat etdi - FOTO  |     16:50 Gədəbəy və Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA  |     16:20 Tanınmış aparıcı Aytən Səfərova işdən çıxarılıb?  |     16:09 Sabunçuda ƏMƏLİYYAT: dəstə üzvləri saxlanıldı - FOTO  |     16:03 Ararat Mirzoyan: “İki ölkə sülh müqaviləsini imzalamaqla məhdudlaşmamalıdır”  |     15:59 Ceyhun Bayramovdan Almatıda erməni həmkarı ilə danışıqlar barədə AÇIQLAMA (VİDEO)  |     15:35 Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİR  |     15:22 COP29 töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləş-mob keçirilib  |     15:20 Sürücülərin NƏZƏRİNƏ: Azərbaycanda yeni növ radarlar quraşdırılır - FOTO  |    

Bakıda oğurluğa görə 7 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Binəqədi RPİ 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də paytaxt sakini R.Baxşəliyevin mobil telefonunu oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Nağıyev saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları tərəfindən fevralın 1-də rayon ərazisində “BMW” markalı avtomobildən oğurluğa cəhd göstərən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Q.Əliyev saxlanılıb. Araşdırma zamanı onun, fevralın 7-də “Nissan” markalı avtomobildən 300 manat oğurlaması məlum olub.

Sabunçu RPİ 15-ci polis bölməsinin əməkdaşları tərəfindən martın 11-də rayon ərazisində bir avtomobildən akkumulyator oğurlayan Bakı şəhər sakini Ə.Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən martın 11-nə keçən gecə Maştağa qəsəbəsi ərazisindəki mağazadan 3000 manat dəyərində ərzaq məhsulları və tütün məmulatı oğurlayan Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ağacanov saxlanılıb.

Xətai RPİ 34-cü polis şöbəsinin əməkdaşları tərəfindən fevralın 12-də rayon ərazisindəki evdən 165 manat, mobil telefon və geyim əşyası oğurlayan Bakı şəhər sakini olan yeniyetmə saxlanılıb.

Xəzər RPİ 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-nə keçən gecə Albalılıq qəsəbəsindəki evin qarşısından 10 ədəd avtomobil diskini oğurlayan paytaxt sakinləri olan 2 yeniyetmə saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 625 18.03.19 12:38