Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Nizami RPİ 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də rayon ərazisindəki köşkdən 90 manat, danışıq kartları və tütün məmulatları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Məhərrəmov saxlanılıb.
Nizami RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.