Median.Az xəbər verir ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Afiq Hacıyev, Əfqan Alyarov və İsmət Xəlilov saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, onlar qrup halında ötən ilin mayında Təzəkənd kəndində fərdi yaşayış evlndən 3135 manat olan məişət əşyaları oğurlayıblar.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.