Median.Az xəbər verir ki, Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 37-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də paytaxt sakininin, içərisində 800 manat olan pulqabısını oğurlayan Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Rzayev və qardaşı, əvvəllər məhkum olunmuş V.Rzayev saxlanılıblar.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.