Median.Az xəbər verir ki, martın 6-ı saat 9 radələrində Goranboy rayonunun Borsunlu kəndi ərazisində müəyyən edilməmiş avtomobillə 45-50 yaşlı kişi vurulub.
Nəticədə piyada hadisə yerində ölüb.
Hadisə yerindən yayınan “Volvo” markalı avtomobilin sürücüsü M.Qradjov Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.