Median.Az xəbər verir ki, Nərimanov RPİ 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Cəfərzadə saxlanılıb.
Ondan kustar üsulla hazırlanmış “Revolver” tipli tapanca və 2 ədəd patron götürülüb.
Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.