Median.Az xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-dən 31-dək olan müddətdə, rayon ərazisində bir evdən 100 manat və qızıl-zinət əşyaları, bir mağazadan 60 manat və tütün məmulatı oğurlayan şəhər sakini A.Abıyev saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.