Median.Az xəbər verir ki, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən martın 4-də rayon ərazisindəki iki un dəyirmanından, ümumilikdə 22 ədəd elektrik mühərriki oğurlayan rayon sakinləri H.Əzizov, Q.Quliyev və S.Məmmədov saxlanılıblar.
Bundan başqa, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki bir kafedən, habelə üç mağazadan
450 manat, 10 ədəd mobil telefon və inşaat materialları oğurlayan şəhər sakini olan yeniyetmə saxlanılıb.
RPŞ İstintaq bölməsində faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.