Median.Az xəbər verir ki, Xətai RPİ 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də paytaxt sakini D.İslamovanın, içərisində 150 manat, mobil telefon və bank kartı olan pulqabısını soyğunçuluq yolu ilə ələ keçirən Bakı şəhər sakini R.Rüstəmov saxlanılıb.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.