Median.Az xəbər verir ki, DİN Nəqliyyatda Baş Polis İdarəsi (NBPİ) əməkdaşlarının Ağstafa dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş M.Həsənov saxlanılıb.
Şəxsi axtarış zamanı üzərindən 80 qram, yaşadığı evindən əlavə olaraq 224 qram marixuana aşkar edilib.
Bundan başqa, NBPİ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş X.Sutanov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 385 qram marixuana götürülüb.
Hər iki faktla bağlı cinayət işləri başlanılıb.