Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Şirzad Əsədovun məhkəməsi başlayıb.
Median.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses martın 11-də davam etdiriləcək.
İttihama görə, 35 yaşlı Ş.Əsədov Şamaxı rayonunun Meyseri kəndində qeyri-rəsmi birgə nikahda yaşadığı 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyevanı döyüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəyə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarın nahiyəsinin qapalı travması, nazik bağırsağın cırılması, sol çiyin qurşağının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Məlumata görə, Ş.Əsədov əvvələr məhkum olunub. O, hadisədən 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar bir yerdə yaşayıblar. Qadın əvvəllər bir dəfə evli olub.