Median.Az xəbər verir ki, martın 3-də Nəsimi rayonu ərazisində, naməlum şəxslər Bakı şəhər sakini T.Məmmədbəylinin mobil telefonunu soyğunçuluq yolu ilə ondan alaraq, qaçıblar.
Nəsimi RPİ 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törədən paytaxt sakini G.Məcidov saxlanılıb.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam edir.