Median.Az xəbər verir ki, DİN Təhlükəsiz Şəhər Xidməti və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 28-də Masazır qəsəbəsində F.Şəfaqətovanı bıçaqla hədələyib, qulağındakı 1 cüt qızıl sırğasını ələ keçirən Bakı şəhər sakini H.Əliyev saxlanılıb.
Abşeron RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.