Sumqayıtda işdən çıxarılan şöbə müdiri direktorun otağına qumbara atıb.
Median.Az “demokrat.az” saytına istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə baş verib. Hadisə şahidlərinin bildirdiyinə görə, Sumqayıtda yerləşən "Azkompozit” MMC şirkətinin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələn həmin idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Şirin Aslanov R.Baxşəliyevdən onu əvvəlki işinə bərpa etməyi tələb edib.
Direktor yox cavabı verəndən sonra Ş.Aslanov onu döyüb.
Daha sonra Ş.Aslanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxararaq direktorun otağına ataraq partlaymağa çalışıb. Amma qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib.
Hadisə yerinə gələn polislər Ş.Aslanovu tutub. Onun barəsində Sumqayıt şəhər prokurorluğunda cinayət işi açılıb.