Median.Az xəbər verir ki, DİN Nəliyyatda Baş Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Mais Hüseynov Bakı Dəmiryol Vağzalının ərazisində saxlanılıb. Şəxsi axtarış aparılan zaman ondan 450 qram marixuana və 40 qrama yaxın tiryək aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb.