Median.Az xəbər verir ki, martın 1-də Sabirabad şəhərində, evə daxil olan naməlum şəxs qadını bıçaqla hədələyib, qızıl əşyalar verməsini tələb edib, lakin səs-küy yarandığından istədiyinə nail ola bilməyib, hadisə yerindən qaçıb.
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qonşuluğda yaşayan R.Kərimov saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.