Median.Az xəbər verir ki, fevralın 18-i saat 21 radələrində Sumqayıt şəhəri ərazisindən, şəhər sakini A.Seyidovun kəsilmiş-deşilmiş xəsarətlə Təcili Tibbi Yardım xəstəxanasına gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə Sumqayıt ŞPİ-nə məlumat daxil olub.
Bununla əlaqədar polis və prokurorluq əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş B.Həsənov saxlanılıb.
Sumqayıt şəhər prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.