Median.Az xəbər verir ki, Səbail RPİ 9-cu polis bölməsi əməkdaşlarının əməliyyat tədbiri nəticəsində 2016-cı ildən CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə axtarışda olan, Şəki şəhər sakini, 56 yaşlı Azər Zəkərəliyev saxlanılıb.
O, paytaxt ərazisində işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunur.
A.Zəkərəliyevi tanıyan və əməllərindən zərərçəkən vətəndaşlar varsa, bu barədə DİN “102 – Zəng Mərkəzi” xidmətinə və ya Səbail RPİ-nə müraciət edə bilərlər.