Median.Az xəbər verir ki, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Y.Səmədov saxlanılıb, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə - marixuana götürülüb.
Onun Bankə qəsəbəsindəki evinə baxış zamanı, oradan əlavə olaraq 1,6 kq. marixuana aşkar edilib.
Neftçala RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.