Median.Az xəbər verir ki, fevralın 11-də DİN “102- Zəng Mərkəzi” Xidmətinə müraciət edən vətəndaş 3 gün əvvəl bank hesabından oğurluq edildiyini bildirib.
Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini R.Qasımov saxlanılıb. Məlum olub ki, o
M.Ə.Rəsulzadə qəsəbəsində bankomatların birindən zərərçəkmişin hesabındakı 600 manat pulu çıxarılaraq, oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.