Şirkətin dələduz rəhbərinə hökm oxundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:47 Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     21:35 İsrail ordusu 24 saat ərzində Livanın cənubundan çəkiləcək  |     21:25 Ermənistanın hərbçisinin güllələnmiş meyiti tapıldı  |     21:18 ATU-nun laboratoriya müdiri VƏFAT ETDİ  |     21:12 "Bakubus" sürücüsü piyada keçidində məktəblini VURUB ÖLDÜRDÜ: HƏBS EDİLDİ  |     21:05 Ankarada saxta spirtli içkidən ölənlərin sayı 54-ə çatıb, 40 nəfər reanimasiyadadır  |     20:59 Ötən il Azərbaycanda 102 min 310 nəfər doğulub, 58 min 909 nəfər ölüb  |     20:53 2024-cü ildə nikahlar azalıb, boşanmaların sayı dəyişməyib  |     20:49 Azərbaycan əhalisinin sayı açıqlanıb  |     20:44 Pakistan Baş nazirinin Azərbaycana səfərinin tarixi müəyyənləşib  |     20:36 AFFA “İmişli” klubuna xəbərdarlıq edib  |     20:31 Bakının 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açılıb  |     20:25 Sabah Biləcəri qəsəbəsinin bir küçəsində qaz olmayacaq  |     20:20 Türkiyədə universitetə silahlı hücum olub, ölənlər və yaralananlar var  |     20:13 "Beşiktaş" kapitanı ilə müqavilə müddətini uzadıb  |     20:08 Həndbol üzrə Azərbaycan çempionatında iki oyun baş tutub  |     20:01 Sumqayıt sakini dəm qazından boğulub  |     19:55 Misirdə binanın uçması nəticəsində 10 nəfər ölüb  |     19:49 Ronaldinyo futbol tarixinin ən yaxşı oyunçusunun adını açıqlayıb  |     19:43 Bakıda silsilə oğurluq edən şəxslər saxlanılıb  |    

Şirkətin dələduz rəhbərinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavid Umudlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
Trend-ə istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Umudlu 8 il azadlıqdan məhrum edilib.

İttihama görə, C.Umudlu Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasından ev alan 30-dan çox şəxsə qarşı dələduzluq edib.

Həmin şəxslər ayrı-ayrı vaxtlarda Xırdalan şəhərində yerləşən ''Nursu Əmlak'' şirkətinin müdiri C.Umudluya ödəniş etməklə müqavilə ilə ev alıblar. Ancaq sonradan məlum olub ki, həmin evlərin heç biri vətəndaşların adına deyil və ayrı şəxslərə satılıb. Nəticədə C.Umudlu vətəndaşlara ümumilikdə 400 min manatdan çox ziyan vurub.

C.Umudlu əksər alıcının etibarından sui-istifadə edib və əmlak müqaviləsini borc müqaviləsinə çevirib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 572 14.02.19 20:00