Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da H.B.Zərdabi prospektindəki evdən 700 manat oğurlayan Bakı şəhər sakini Ş.Tağıyeva, fevralın 9-da isə 2-ci Alatava yaşayış sahəsindəki evdən 150 manat oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Adıgözəlov saxlanılıblar.
Bundan başqa, Nərimanov RPİ 16-cı polis bölməsinin əməkdaşları tərəfindən ötən il dekabrın 26-da rayon ərazisindəki şirkətdən 1 ədəd televizor, 2 ədəd noutbuk və 1 ədəd “DVD” aparatı oğurlayan Yevlax rayon sakini olan bir yeniyetmə saxlanılıb.
Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri istintaq-axtarış tədbirləri nəticəsində bu il yanvarın 4-dən fevralın 11-dək olan müddətdə yardımçı otaqların birindən
ərzaq məhsulları, habelə 2 nəfərə məxsus velosipedləri oğurlayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş X.Tağıyev saxlanılıb.
Səbail RPİ-nin 39-cu polis bölməsinin əməkdaşları fevralın 8-də və 9-da 3 evin girişlərindən qaz sayğaclarının oğurlayan Bakı şəhər sakini M.Cəfərovu, Abşeron rayon sakini İ.Əbilovu və Ağdam rayon sakini S.Cəfərovu saxlayıblar.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.