Balakəndə oğurlanmış 49 min dollar “Biz haram pul istəmirik” məzmunlu məktubla geri qaytarılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:14 Rusiya və Suriya hərbi bazalar barədə razılığa gəlməyə yaxındırlar  |     22:05 Günəşdə güclü parltlayış baş verib  |     21:47 Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     21:35 İsrail ordusu 24 saat ərzində Livanın cənubundan çəkiləcək  |     21:25 Ermənistanın hərbçisinin güllələnmiş meyiti tapıldı  |     21:18 ATU-nun laboratoriya müdiri VƏFAT ETDİ  |     21:12 "Bakubus" sürücüsü piyada keçidində məktəblini VURUB ÖLDÜRDÜ: HƏBS EDİLDİ  |     21:05 Ankarada saxta spirtli içkidən ölənlərin sayı 54-ə çatıb, 40 nəfər reanimasiyadadır  |     20:59 Ötən il Azərbaycanda 102 min 310 nəfər doğulub, 58 min 909 nəfər ölüb  |     20:53 2024-cü ildə nikahlar azalıb, boşanmaların sayı dəyişməyib  |     20:49 Azərbaycan əhalisinin sayı açıqlanıb  |     20:44 Pakistan Baş nazirinin Azərbaycana səfərinin tarixi müəyyənləşib  |     20:36 AFFA “İmişli” klubuna xəbərdarlıq edib  |     20:31 Bakının 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açılıb  |     20:25 Sabah Biləcəri qəsəbəsinin bir küçəsində qaz olmayacaq  |     20:20 Türkiyədə universitetə silahlı hücum olub, ölənlər və yaralananlar var  |     20:13 "Beşiktaş" kapitanı ilə müqavilə müddətini uzadıb  |     20:08 Həndbol üzrə Azərbaycan çempionatında iki oyun baş tutub  |     20:01 Sumqayıt sakini dəm qazından boğulub  |     19:55 Misirdə binanın uçması nəticəsində 10 nəfər ölüb  |    

Balakəndə oğurlanmış 49 min dollar “Biz haram pul istəmirik” məzmunlu məktubla geri qaytarılıb

Balakən sakininin evindən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər yarım aydan sonra oğurladıqları pulları geri qaytarıblar.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə yanvarın 25-i rayonun Qullar kəndində baş verib.

Belə ki, kənd sakini Sabir Teliyev yaşadığı evdən nəməlum şəxs və yaxud şəxslər tərəfindən 49 min ABŞ dollarının oğurlanması ilə bağlı Balakən rayon Polis şöbəsinə müraciət edib. Elə həmin gündən Balakən rayon Polis şöbəsi tərəfindən S.Teliyevin yaşadığı ünvandan küllü miqdarda pulu oğurlayan şəxs və yaxud şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Lakin hadisə baş verən gündən 15 gün sonra qəribə olay baş verib. Belə ki, S.Teliyevin yaşadığı evdən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər oğurladıqları pulun məbləğini tam şəkildə “Biz haram pul istəmirik” məzmununda məktubla birlikdə həyətyanı sahənin hasarından içəri tullayıblar.

Oğurlanan pul həyətə tullanılan zaman vəsaitin 29 mini ABŞ dolları şəklində, qalan hissəsi isə Azərbaycan manatı ilə olub.

Araşdırmalar davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 528 12.02.19 17:06