“Kaş anamın...” - Ömürlük məhkum olan şərab zavodunun rəhbəri - VİDEO - FOTO
ARB TV-nin "Rezonans" proqramı növbəti buraxılışında ömürlük məhkum Şəmsi Səmədzadənin həyat hekayəsini yayımlayıb.
Şəmsi Səmədzadə - Ömürlük məhkum: "Azərbaycanda böyük, tanınmış nəslin nümayəndəsiyəm, Səmənd ağanın nəvəsiyəm. Təəssüflər olsun ki, lazım olmayan zaman, lazım olmayan yerdə olduğum üçün buradayam. 1992-ci ildə bir məclisdə oldum, orada bir hadisə baş verdi. 2000-ci ilədək o məclisdə iştirak edənlər cəza aldı. Şərab zavoduna rəhbərlik etsəm də, heç vaxt nə şərab içmişəm, nə siqaret çəkmişəm. 10, 12 il anama, bacıma və digərlərinə icazə vermədim həbsxanaya mənim yanıma gəlsinlər. Ancaq son illər anam yaşlı olduğu üçün gəlib, görüşmüşük. Mənə ömürlük həbs cəzası veriləndə 7, 8 il belə cəza aldığıma inana bilmədim. Heç kəsdən küsgünlüyüm yoxdur. Yeganə qırğınlığım özümədir. 17 il həbsdə yaşamaqdansa kaş, 17 dəqiqə azadlıqda başımı anamın dizinə qoyaydım".
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!