"Dünyamin Xəlilova bildirdim ki, məni öldürsən də “forma 2”yə qol çəkən deyiləm..." » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

"Dünyamin Xəlilova bildirdim ki, məni öldürsən də “forma 2”yə qol çəkən deyiləm..."

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Müttəhimlər kürsüsündə sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, “Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan “İnterglass” ASC-nin rəhbəri Fariz Muradov və digərləri əyləşib.

Təqsirləndirilən şəxslərə qarşı CM-in 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələrilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı”ASC, Vergilər Nazirliyi və “Aqrokredit” bank tanınıb.

Prosesdə 12 milyon manat pulun mənimsənilməsində ittuham olunan Natiq İmanov ifadə verib. O, ifadəsində bildirib ki, 2011-ci ildə D.Xəlilov tərəfindən "Solid Constraction" MMC-nin direktoru vəzifəsində çalışıb: "İşimiz Bakıda dörd bloklu bina tikmək idi. Mən həmin ərazidə yaşayan sakinləri köçürdüm. Təxminən 50-yə yaxın ailə ilə alqı-satqı müqaviləsi bağladıq. 2015-ci ildə Beynəlxaq Bank işi bağlı cinayət işi başlanılanda istintaqa çağırıldım".



Tərəflərin suallarını cavablandıran N.İmanov aylıq 2000 manat maaş aldığını, əlavə gəliri olmadığını deyib: "Rəsmi maaşım 200 manat idi. Amma Dünyamin müəllim mənə 2000 manat verirdi. Şirkətin möhrü də məndə olurdu. Hesabatı Dünyamin Xəlilova verirdim. Dünyamin Xəlilovun göstərişi ilə Beynəlxalq Banka gedirdim. Bankın Mərkəzi filialında Azər adlı şəxs məni qarşılayırdı. O, hazırladığı sənədlərə imza atırdım və pullar evlərini aldığımız vətəndaşların hesabına köçürülürdü. Hər dəfə banka gedib, sənədlərə imza atanda 1,5 milyon manat pul köçürülürdü. Mən pulu nağd şəkildə almamışam, işim ancaq bankda sənədlərə qol çəkmək olub. Ümumilikdə 44 milyon manatlıq pul köçürmə sənədlərinə imza atmışam".

Dövlət ittihamçısının "pulların mənimsənilməsi və israf edilməsi ilə bağlı məlumatınız var idimi?" sualına təqsirləndirilən şəxs "xeyr" deməklə kifayətlənib: "Banka gedib sənədə imza atırdım. Çek qalırdı bankın kassasında. Sonra Dünyamin müəllim adam göndərib, həmin pulları çıxardırdı. Mən bankdan nağd pul çıxartmamışam".

Daha sonra təqsirləndirilən Arif Mədətov dindirilib. O, ailə üvzləri ilə birlikdə 2001-ci ildə "Abidə" MTK şirkətini yaratdığını, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə tikintiyə başladığını deyib: "Mən yaradıcı adamam, ədəbiyyata bağlıyam. Səhmlər mənə və oğlanlarıma məxsus olub. Mən maddi və mənəvi ziyana düşdüm. Xahiş edirəm haqq-ədalət bərpa olunsun".



Hakimin "bəs necə oldu ki, yaradcı adam birdən birə Bakının mərkəzində ev tikməli oldunuz" sualına A.Mədətov tikinti işlərindən məlumatı olduğu üçün bu işə başladığını deyib.

Tərəflərin suallatını cavablandıran A.Mədətov Dünyamin Xəlilovla onu Sərdar Məmmədov adlı şəxsin tanış etdiyini bildirib: "Bankdan kredit götürməkdən ötrü Dünyamin Xəlilova müraciət etdim, 25 faizə razılaşıq. Mən söküntüyə nəzarət edirdim, amma “forma 2”yə nəzarət edə bilmədim. İşin gedişində Dünyamin müəllim “forma 2”yə qol çəkməyimi istədi, 4 dəfə buna etiraz elədim. Çünki məbləğlər çox şişirdilmişdi, onunla razı olmadım. Dünyamin Xəlilova bildirdim ki, məni öldürsən də “forma 2”yə qol çəkən deyiləm. Daha sonra işin xətrinə bir neçə “forma 2”yə qol çəkdim. Çünki iş yarımçıq, camaat çöldə qalmışdı".

A.Mədətov deyib ki, D.Xəlilov ona bu işlərin başında Cahangir Hacıyevin dayandığını bildirib: "Mən Dünyamin Xəlilova dedim ki, məbləğlər şişirdilib. Dedi, narahat olma, pul bizimdir. Sonradan iş dayandı. Kreditlər mənim adıma idi. Mən Cahangir Hacıyevi cəmi bir dəfə görmüşəm. Yalnız Dünyamin Xəlilovun sifarişini yerinə yetirmişəm. Bankdan pullar evlərindən köçürülən 100 ailənin hesabına köçürülüb. Bilsəm bu işə əvvəldən qol qoymazdım, razılaşmazdım".

Qeyd edək ki, A.Mədətov Beynəlxaq Bankın 3 milyon 226 min manat pulunu mənimsəməkdə ittiham olunub.

Digər təqsirləndirilən S.Murtuzayev ifadəsində deyib ki, 2006-2007-ci illərdə rəhbəri olduğu "Alfa Line" şirkətinə Beynəlxalq Bankdan 14 milyon manat kredit ayrılıb. O, bu işləri D.Xəlilovun istəyi ilə etdiyini bildirib: "Şirkətimiz mühəndis şirkətlərini maliyyələşdirdi. Mən şəxsən həmin maliyyələşmə zamanı orada iştirak etməmişəm. Sadəcə sənədlərə qol çəkmişəm. 2010-cu ildə isə şirkətdən ayrılmışam, ancaq şirkət mənim adımda qalmışdı".

S.Murtuzayev tərəflərin suallarını cavablandırarkən söyləyib ki, rəhbəri olduğu şirkətdə əmək haqqı alıb.

Prosesdə fasilə elan olunub.
//virtualaz.orgскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 844 11.02.19 15:07