Median.Az xəbər verir ki, bu il yanvarın 31-i saat 18 radələrində X.Şuşinski küçəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini olan azyaşlı vurulub. Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasının “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilib, hadisə yerindən yayınan Bakı şəhər sakini E.Nağıyev saxlanılıb.
Araşdırma aparılır.