Median.Az xəbər verir ki, Səbail RPİ və 39-cu polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakinləri Əfsanə Xankişiyeva və Anar Heydərov saxlanılıblar.
Müəyyən edilib ki, saxlanılan şəxslər fevralın 3-də Z.Əliyeva küçəsi, 29 ünvanında yerləşən iki mənzilə qanunsuz daxil olmaqla ümumi dəyəri 30.000 manat olan qızıl-zinət əşyaları, 2 ədəd televizor və noutbuk oğurlayıblar.
Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.1 ( oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 177.2.2 (təkrar törədildikdə) və 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.