Median.Az xəbər verir ki, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də evlərin birindən 560 manat pul oğurlayan rayon sakini Ə.Məmmədli saxlanılıb.
Bundan başqa, RPŞ-nin əməkdaşları tərəfindən həyətyanı sahələrin birindən 9 göyərçin və təmir-tikinti alətlərini oğurlayan rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb. Araşdırma zamanı onların, 2 mağazadan pul, ərzaq məhsulları, danışıq kartları və tütün məmulatı oğurlamaları müəyyən edilib.
Daha bir əməliyyat tədbiri nəticəsində RPŞ-nin əməkdaşları həyətyanı sahələrin birindən 8 baş qoyun oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyevi saxlayıblar.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.