Median.Az xəbər verir ki, fevralın 6-da Ucar rayon sakini, ruhi xəstə A.Tağıyev yaşadığı evdə münaqişə zəminində arvadı Şəhlaya və anası Zivərxanıma balta ilə, sonra isə özünə bıçaqla xəsarətlər yetirib.
Mərkəzi rayon xəstəxanasına yerləşdirilmiş Şəhla orada ölüb, A.Tağıyevin və anasının vəziyyətləri orta-ağırdır.
Ucar rayon prokurorluğunda faktla bağlı CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.