Median.Az xəbər verir ki, fevralın 3-də Goranboy RPŞ-nə daxil olmuş müraciətdə, fevralın 1-i saat 23 radələrində Dəliməmmədli şəhəri ərazisindəki yanacaqdoldurma məntəqəsinə gəlmiş dövlət qeydiyyat nişanları olmayan “Subaru” markalı avtomobilin sürücüsünün oradakı operatoru aldadaraq
90 manat pulunu aldığı bildirilib.
Araşdırma zamanı “Subaru” markalı avtomobilin sürücüsü, Tovuz rayon sakinləri, əvvəllər məhkum olunmuş R.Quliyev və sərnişini İ.Həsənovun avtomobilə 10 manat dəyərində yanacaq doldurub, xırda pullarının olmamasını əsas gətirərək 100 manat verəcəyini bildirməklə operatordan soyğunçuluq yolu ilə 90 manat alıb, hadisə yerini tərk etmələri müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Quliyev və İ.Həsənov saxlanılıblar.
Göranboy RPŞ İstintaq bölməsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.