Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq edilib.
Median.Az Trend-ə istinadən bildirir ki, hadisə fevralın 1-də, saat 17 radələrində paytaxtın Səbail rayonunda baş verib.
Səbail rayonu, Neftçilər prospekti 8 ünvanındakı "Sədəf" restoranında Türkiyə vətəndaşı, iş adamı, 1964-cü il təvəllüdlü Asim Gülsevən Türkiyə vətəndaşı Onur adlı şəxsə birgə iş qurmaq adı ilə 2 min dollar verib. Onur adlı şəxs pulu alandan sonra A.Gülsevənə qarşı dələduzluq edib və hadisə yerindən qaçıb.
Faktla bağlı Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində araşdırma aparılır.
Məlumata görə, aldadılan iş adamı A.Gülsevən Bakıdakı "A.M.A.Y" Ticarət Mərkəzində ticarətlə məşğuldur.