Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Tərlan İmanovun (1956-cı il təv.) CM-nin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə
hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, ötən il sentyabrın 28-i saat 19 radələrində Tərlan İmanov idarə etdiyi “ZİL 130” markalı avtomaşınla Sabunçu rayonunun Şəhər şosesi küçəsində piyada keçidində Gülü Salmanovanı (1952-ci il təv.), onun nəvələri - İlkin Məmmədovu (2008-ci il təv.) və Aygün Məmmədovanı (2009-cu il təv.) vurub. Zərərçəkmişlər 3 saylı şəhər klinik xəstəxanasına çatdırılsalar da, G.Salmanova və A.Məmmədova orada ölüblər.
T.İmanov Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutulub.
Hazırıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış ayın 7-nə təyin edilib.