Median.Az xəbər verir ki, Binəqədi RPİ-nin 5-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini, ötən il dekabrın 29-dan 31-dək olan müddətdə Ə.Rəcəbli küçəsindəki mebel anbarından kompyuter və 5000 manat dəyərində mebel üzlüklərinin oğurlandığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş paytaxt sakini R.Dadaşov saxlanılıb.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.