Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Şaban Məmmədovun CM-nin 180.2.2-ci (soyğnuçuluq, təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Median.Az xəbər verir ki, ötən il oktyabrın 30-da DİN məlumat yayıb ki, paytaxt sakini Ülvi Abdullazadə Xətai RPİ-nə müraciət edərək “Ukrayna” dairəsində yerləşən parkda özünü polis əməkdaşı kimi təqdim edən bir nəfərin ona yaxınlaşdığını və soyğunçuluq yolu ilə 100 manat pulunu əlindən aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şaban Məmmədov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Ş.Məmmədov daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkənə polis kimi təqdim edərək qeyd edilən cinayəti törədib. Araşdırma zamanı onun, daha 4 nəfərə qarşı eyni üsulla soyğunçuluq etməsi məlum olub.