Median.Az xəbər verir ki, DİN Baş Cinayət Axtarışı İdarəsi, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də qadının, içərisində pul, sənəd və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə ələ keçirən Gəncə şəhər sakinləri A.Mustafayev, əvvəllər məhkum olunmuşlar R.Qasımov və E.Həmzəyev saxlanılıblar.
Araşdırma zamanı, R.Qasımovun E.Həmzəyevlə birgə daha bir qadının pulqabısını soyğunçuluq yolu ilə alması məlum olub.
Gəncə ŞBPİ İstintaq şöbəsində CM-nin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.