DİN-in Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın 2018-ci il dekabr ayının 29-dan 31-dək olan müddətdə Ə.Rəcəbli küçəsindəki mebel anbarından kompüter və 5000 manat dəyərində mebel üzlüklərinin oğurlandığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalara başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Dadaşov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.