Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də marketdən soyğunçuluq yolu ilə 175 manat ələ keçirən Bakı şəhər sakini A.Hüseynov saxlanılıb.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.