"Lady Sharm” mağazalar şəbəkəsinin bir qrup məsul şəxsi hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
Median.Az AFN-ə istinadən xəbər verir ki, həbsə səbəb mağazalar şəbəkəsi tərəfindən bazara saxta etiketlərlə mal çıxarılmasıdır. Belə ki, mağazalar şəbəkəsinin məsul şəxslərinin təşkilatçılığı ilə sexlərdə tikilmiş mallara dünya brendlərinin etiketləri vurularaq satışa çıxarılırmış:
"Adamlar 1 həftəyə yaxındır ki, həbsdədirlər. Şəbəkənin rəhbər şəxsləri isə həmin vaxt xaricdə olublar, məlumata görə, hələ də gəlməyiblər ölkəyə. Hətta gəlməyəcəkləri haqda söhbətlər danışılır”.
Araşdırma zamanı o da məlum olub ki, həbsə səbəb nüfuzlu şəxslərin aldadılması olub: "Lady Sharm” mağazalarından alver edən məşhurların arasında olduqca nüfuzlu şəxslər də var və onların aldadılması prosesin bu həddə çatmasına gətirib çıxarıb”.