Bakı Ağır Cinayətlər Məhkəməsində Ağsu rayon sakini Zəfər Mərdanovun (1991-сi il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, DİN-nin rəsmi məlumatına görə, avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsində, yaşadığı evin qarşısında çoxsaylı bıçaq zərbələri ilə qəsəbə sakini Səkinə Hümbətova qətlə yetirib. Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədilməsi, onun paytaxt sakini Zülfiyyə Şiriyeva ilə birgə, sonuncuya məxsus “Mitsubishi” markalı avtomobildə hadisə yerindən uzaqlaşmaları, daha sonran nəqliyyat vasitəsini Şağan qəsəbəsi ərazisində atıb, getmələri müəyyən edilib.
Xəzər RPİ-nin əməkdaşları tərəfindən Zəfər Mərdanov saxlanılıb. Yayılan məlumata görə, 1 uşağ anası olan Səkinə Hümbətova tutulan şəxsə ərə getməkdən imtina edib.
Bu səbəbə görə ağır cinayət törədilib.
Qeyd edəki Z.Şiriyeva da saxanılıb, ona CM-nin 307-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsi ilə ittiham verilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.