Bakı Ağır Cinayətlər Məhkəməsində basqın etməkdə təqsirləndirilən Nadim Ağaxanov və Bəhruz Nurullayevin CM-nin 177.1-ci (oğurluq) və 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il avqustun 28-də rayon ərazisindəki evldən qızıl əşyalar oğurlayan rayon sakini Bəhruz Nurullayev saxlanılıb. Araşdırma zamanı onun Qusar şəhər sakinləri, əvvəllər məhkum olunmuş Nadim Ağaxanov və Şıxzada Şıxıyevlə birgə rayon ərazisindəki daha bir evə daxil olaraq ev sahibinə bıçaqla xəsarət yetirib, oradan 1200 manat dəyərində qızıl əşyalar aparmaları müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə N.Ağaxanov saxlanılıb, Ş.Şıxıyevin isə 2017-ci ilin may ayında Rusiya Federasiyası ərazisində xəstəlikdən ölməsi müəyyən edilib.
Məhkəmə hökmü ilə N.Ağaxanov 9, B.Nurullayev 8 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.