Median.Az xəbər verir ki, Zaqatala RPŞ-nə şəhər ərazisindəki apteklərin birində qanunsuz olaraq psixotrop tərkibli dərmanların satılması barədə məlumat daxil olub.
Keçirilmiş əməliyyat tədbiri nəticəsində “Diazepam” dərman preparatını qanunsuz olaraq satdığı üçün, orda işləyən şəhər sakini X.İsmayılova
saxlanılıb.
Axtarış zamanı aptekdən 437 ədəd və 4 ampula psixotrop dərman preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.