Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini R.Həbibov saxlanılıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin götürülüb.
Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş P.Qurbanov da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan da heroin götürülüb.//milli.az